17 yanvar 2018-ci il tarixdə Bakı Biznes Universitetində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək hüquqlarına dair “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda növbəti maarifləndirmə seminarı təşkil edildi.

Seminarı giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. O, həmçinin universitetin professor-müəllim heyətinin və tələbə kontingentinin əmək qanunvericiliyi, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, bu sahədə qanunvericilikdən irəli gələn prosedurlar barədə maarifləndirilməsinin xüsusi önəm olduğunu bildirdi.

Daha sonra tədbirdə işəgötürənin, habelə əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri barədə ətraflı məlumatlar verildi. Seminar iştirakçılarına əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə maarifləndirici bukletlər təqdim olundu, onların aidiyyəti mövzuda sualları cavablandırıldı, bu barədə hüquqi izahatlar verildi.

17.01.2018