29 mart 2017-ci il tarixində Bakı Biznes Universitetində “Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin təmin edilməsində səmərəli islahatların reallaşdırılması mexanizmləri” mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransı giriş nitqi ilə Universitetin rektoru, i.e.d., prof. İ.M.Abbasov açmış, müasir dövrdə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin təmin edilməsində səmərəli islahatların reallaşdırılmasının əhəmiyyətindən bəhs etmişdir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Kooperasiya Universiteti və digər ali təhsil müəssisələri, elmi-tədqiqat institutlarından gəlmiş alim-tədqiqatçıların məruzələri dinlənilmiş, mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.

29.03.2017