05 oktyabr 2017-ci il tarixində Serbiya Respublikasının Azərbaycan Respublikasındakı sefirliyindən universitetimizə daxil olan məktuba əsasən Universitetin kitabxanasında professor-müəllim heyətinin iştirakı ilə Bakı Biznes Universiteti və Novi Sad Biznes Akademiyası Universiteti (Serbiya Respublikası) arasında “Qarşılıqlı əməkdaşlıq üzrə ümumi Müqavilə” imzalanmışdır. Müqavilənin bağlanmasını professor və müəllim heyəti səmimi fikirləri ilə alqışladı.

Bu Müqaviləyə əsasən ali təhsil və pedaqoji kadr hazırlığında, eləcə də elmi-tədqiqat işində qarşılıqlı əməkdaşlıq həyata keçiriləcək və aşağıdakı öhdəliklər yerinə yetirəcək:

  • müəllimlərin mühazirə mübadiləsi, konsultasiya və elmi-tədqiqat işlərinin mübadiləsi, qarşılıqlı yerli və beynəlxalq layihələrdə  iştirak;
  • hər üç səviyyədə təhsil alanlar (bakalavriat, magistratura, doktorantura) üçün təcrübə mübadiləsinin təşkili;
  • elmi ədəbiyyatların, qarşılıqlı maraqlar əsasında əsərlərin hazırlanması.

06.10.2017