19 oktyabr 2017-ci il tarixində Bakı Biznes Universitetində “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Dünya iqtisadiyyatı” ixtisasının 515-ci qrupunda “Ölkəşünaslığın əsasları ” fənnindən “Türkiyə günü” mövzusunda açıq dərs keçirildi. Dərsə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı təhsil müşaviri Abdulqafar Böyükfrat, Türkiyə səfirliyinin III katibi Özgə Kartal Ucarçı, ADPU-nun bir qrup türk tələbələri, universitetin professor-müəllim heyəti də dəvət olunmuşdu. Tədbirdə Türkiyənin Azərbaycan Respublikasındakı təhsil müşaviri Abdulqafar Böyükfrat Türkiyə haqqındakı bilgilərini iştirakçılarla bölüşdü. Sonra Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndi. Daha sonra tələbələr Türkiyə haqqındakı tədqiqat işlərinin təqdimatını keçirdilər. Tədbirin sonunda qonaqlara türk mətbəxinin ləziz yemək və şirniyyatları təqdim olundu.

19.10.2017